Əmək hüququ
Əmək hüququ, əmək münasibətlərində hər iki tərəfin hüquqlarının şəffaflığı və qorunmasının vacib olduğu bir sahədir. BERU LEGAL, aşağıdakı xidmətləri təqdim edərək səmərəli iş münasibətlərinin qurulmasına kömək edir:
Əmək qanunvericiliyi ilə bağlı məsələlər üzrə məsləhətlər, işəgötürənlərin və işçilərin hüquq və vəzifələrinin izahı, əmək hüququ normalarının tətbiqi. Bu, işçi idarəçiliyində səhvlərin qarşısını almağa, qanunvericiliyə riayət olunmasını təmin etməyə və münaqişə və cərimə risklərini azaltmağa kömək edir.
Əmək müqavilələrinin, daxili iş qaydalarının, vəzifə təlimatlarının və əmək münasibətlərini tənzimləyən digər sənədlərin hazırlanması. Bu, şirkətin və işçilərin maraqlarını qorumağa, əmək münasibətlərini şəffaf etməyə və əmək mübahisəsi riskini minimuma endirməyə kömək edir.
Əmək müfəttişliyi yoxlamaları zamanı şirkətin maraqlarının təmsil edilməsi, tələb olunan sənədlərin hazırlanması və əmək normalarına riayət olunması ilə bağlı məsləhətlər. Bu, cərimə və sanksiya ehtimalını azaldır, şirkəti müfəttişlərin iddialarından qoruyur və bütün qanun tələblərinin yerinə yetirilməsini təmin edir.
İşçi və işəgötürən arasında mübahisələrin məhkəmədən əvvəl və məhkəmə qaydasında həlli, əmək münaqişələrində müştərinin maraqlarının təmsil edilməsi. Bu, tərəflərin hüquqlarını qorumağa, münaqişələrin dinc yolla həllinə və məhkəmə proseslərinin xərcini azaltmağa kömək edir.
Kadr sənədlərinin idarə edilməsi, əmək kitabçalarının, işçi şəxsi işlərinin düzgün tərtib edilməsi, iş vaxtı və məzuniyyət uçotunun aparılması. Bu proseslər kadr uçotunda səhvlərin qarşısını almağa, kadr idarəçiliyini daha effektiv və təşkilatlı etməyə və əmək qanunvericiliyinin tələblərinə riayət olunmasını təmin edir.
İşçilərin işdən çıxarılması ilə bağlı məsələlər, o cümlədən kadrların ixtisarı üzrə məsləhətl ər, tələb olunan sənədlərin hazırlanması və hər iki tərəfin hüquqlarının qorunması. Bu, hüquqi və maliyyə risklərinin qarşısını almağa, işçilərin düzgün işdən çıxarılmasını təmin etməyə və əmək mübahisələri və sanksiyaların qarşısını almağa kömək edir.
SUALINIZ OLDUĞU HALDA
Ünvan
Zərifə Əliyeva küçəsi 31
Bakı, Azərbaycan
Telefon
(+994) 51 665 17 76