Notariat xidmətləri
Notariat xidmətləri sənədlərin hüquqi qüvvəsini və qanunvericilik tələblərinə uyğunluğunu təmin etməyə kömək edir. BERU LEGAL-da notariat məsələlərində dəstək aşağıdaki yollarla göstəririk:
İmzaların, sənədin məzmununun və ya surətinin həqiqiliyinin notarius tərəfindən təsdiq edilməsi. Müxtəlif sənədlərin notarial təsdiqi ilə bağlı kömək göstəririk: etibarnamələr, müqavilələr, şəxsiyyət vəsiqələrinin surətləri və digər hüquqi qüvvəyə malik sənədlər. Bu, sənədlərin hüquqi etibarlılığını təmin edir və onları dövlət və özəl qurumlara təqdim etmək üçün, o cümlədən xaricdə istifadə etmək üçün etibarlı edir.
Apostil – sənədin imzasının və möhürünün həqiqiliyini təsdiq edən xüsusi möhürdür, bu, sənədin Haaqa Konvensiyasına qoşulmuş ölkələrdə tanınmasını təmin edir. Biz, xaricdə istifadə olunan sənədlər üçün apostil rəsmiləşdiririk: diplomlar, doğum, nikah şəhadətnamələri, məhkəmə sənədləri və s. Bu, sənədin beynəlxalq aləmdə istifadəsini asanlaşdırır, əlavə təsdiqlənmələr və leqallaşdırmaların qarşısını alır.
Apostil tanımayan ölkələr üçün rəsmi sənədin həqiqiliyinin təsdiq edilməsi prosesi.
Leqallaşdırma müxtəlif instansiyalarda, məsələn, Ədliyyə Nazirliyi, Xarici İşlər Nazirliyi və istifadə olunacaq ölkənin konsulluğunda təsdiqlənir. Bu proses, sənədin Haaqa Konvensiyasına qoşulmayan ölkələrdə qanuni qüvvəyə malik olmasını təmin edir və təhsil, iş və ya digər məqsədlər üçün xaricdə istifadə edilməsini mümkün edir.
SUALINIZ OLDUĞU HALDA
Ünvan
Zərifə Əliyeva küçəsi 31
Bakı, Azərbaycan
Telefon
(+994) 51 665 17 76